RUMINİYADA BUZ MEHMANXANA YARATMIŞLAR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Transilvaniyada dəniz səviyyəsindən 2 min metr hündürlükdə buz mehmanxana açılmışdır. Mehmanxananın daxilində temperaturun Selsi ilə mənfi 3 dərəcə olmasına baxmayaraq, qonaqların yaxşı qarşılanacağı vəd olunur. Burada çarpayılar, stol və stullar, hətta stəkanlar da buzdan hazırlanmışdır. Birnəfərlik nömrənin birgünlük qiyməti 19 avro, ikinəfərlik isə 37 avrodur. Mehmanxanada 8 nömrə var və o, formasına görə eskimosların iynəyəbənzər qar evlərini xatırladır. Hoteldə bar da fəaliyyət göstərir, burada qonaqlar “slivyanka” deyilən ənənəvi rumın içkisi sifariş edə bilərlər.
“Balea Lac” adlandırılmış mehmanxananı yerli dağ xizəkçisi açmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]