Rumıniyada NATO-nun təlimləri keçirilir
Buxarest, 31 oktyabr, AZƏRTAC
Rumıniyada NATO-nun “Dacian Fall 2024” (DAFA24) təlimləri keçirilir. Təlimlərdə Belçika, Lüksemburq, Polşa, Portuqaliya, Rumıniya, Şimali Makedoniya, ABŞ və Fransadan təxminən 1,5 min hərbçi iştirak edir.
AZƏRTAC xəbər verir ki, təlimlərin məqsədi müttəfiq strukturlar arasında qarşılıqlı fəaliyyəti gücləndirmək, birgə hərbi əməliyyatlar keçirmək və Rumıniyada yerləşdirilmiş NATO qüvvələrinin inteqrasiyasını təmin etməkdir.
Rumıniyanın Müdafiə Qərargahının rəisi general Georgita Vlad qeyd edib ki, “DAFA24” 2025-ci ildə keçiriləcək “Dacian Spring” təlimlərinin əvvəlki mərhələsidir. O, Fransanın Rumıniyada ilk dəfə briqada səviyyəsində qüvvələr yerləşdirəcəyini vurğulayıb.
General Vlad “Gələcək il Rumıniya ordusu üçün müttəfiq formatda böyük təlimlərlə zəngin olacaq” deyərək müttəfiqlərlə birgə fəaliyyət planlarını işləyəcəklərini, hər hansı hərbi təhdidə qarşı uğurla mübarizə aparmaq üçün dəstək verəcəklərini bildirib.
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]