Rumıniyada neft emalı zavodunda partlayış olub, 1 nəfər xəsarət alıb
Buxarest, 20 oktyabr, AZƏRTAC
Rumıniyanın mərkəzində yerləşən Ploiești şəhərindəki neft emalı zavodunda partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Prahova əyalətinin Fövqəladə Hallar İnspeksiyası məlumat yayıb.
Bildirilib ki, partlayış zavodun “Mihai Bravu” küçəsində yerləşən istehsal sahəsində qeydə alınıb. Partlayış yanğına səbəb olmayıb. Zavodun fəaliyyəti neft məhsullarının istehsalı və paylanması ilə bağlıdır.
Hadisə nəticəsində 57 yaşlı bir kişi baş və ayaq nahiyəsindən xəsarət alıb, o xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, sözügedən ərazidə “Lukoil” şirkətinə məxsus neft emalı zavodu yerləşir. Zavod oktyabrın 17-dən 45 gün müddətinə əsaslı təmir işləri üçün fəaliyyətini dayandırıb.
Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]