Rusiya iki Britaniya diplomatını akkreditasiyadan məhrum edib
Moskva, 10 mart, AZƏRTAC
Böyük Britaniyanın Rusiya Federasiyasındakı səfirliyinin ikinci katibi və digər britaniyalı diplomatın yoldaşı özləri haqqında yalan məlumat verdiyinə, kəşfiyyat və təxribat işlərinin aparılması əlamətlərinə görə akkreditasiyadan məhrum edilib. Onlar iki həftə ərzində Rusiyanı tərk etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
Məlumatda deyilir: “Dəqiq şəkildə müəyyən edilib ki, səfirliyin ikinci katibi - 25 dekabr 1990-cı il təvəllüdlü Alkeş Odedra və səfirliyin siyasi şöbəsinin birinci katibinin yoldaşı, 30 iyun 1992-ci il təvəllüdlü Maykl Skinner Rusiya qanunvericiliyini pozaraq Moskvaya yenidən daxil olduqlarını bildiriblər. Eyni zamanda, Rusiya FSB-si sözügedən diplomatların Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat işləri aparması əlamətlərini qeyd edib.
Alkeş Odedra və Maykl Skinner akkreditasiyadan məhrum edilib və onlara iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]