RUSİYA NATO-NUN ŞƏRQƏ DOĞRU GENİŞLƏNMƏSİNDƏN NARAHATDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Dövlət dumasının martın 31-də keçirilən iclasında NATO-nun Mərkəzi və Şərqi Avropa ölkələrində öz nüfuz dairəsini genişləndirməsini pisləyən bəyanat qəbul olunmuşdur. Onlar NATO-ya yeni dövlətlərin qəbul olunması ilə əlaqədar Rusiya sərhədləri yaxınlığında hərbi tarazlığın dəyişməsi məsələsinə RF Təhlükəsizlik Şurasının xüsusi iclasında baxılması barədə təklifi ilə Prezident Vladimir Putinə müraciət etmişlər. Deputatlar ölkə rəhbərliyini Rusiyanın təhlükəsizliyinin etibarlı surətdə təmin olunması üçün lazımi tədbirlər görməyə çağırmışlar.
Sənəddə NATO-nun genişləndirilməsinin Avropada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək etmədiyi vurğulanaraq deyilir ki, Şimali Atlantika İttifaqı dünyanın müxtəlif regionlarına qlobal nüfuz etməyə və vəziyyətə BMT-nin başı üstündən zor gücünə təsir göstərməyə çalışır.
“NATO-nun bəzi MDB ölkələrinin ərazilərində hərbi qüvvələr saxlamağa meyl göstərməsi”nin də xüsusi narahatlıq doğurduğu ifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]