RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN RÜSTƏM İBRAHİMBƏYOVU TƏBRİK ETMİŞDİR
Görkəmli kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, MDB və Baltikyanı Ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, bir çox beynəlxalq kino festivallarının laureatı Rüstəm İbrahimbəyovun 65 yaşı tamam olmuşdur. Rusiya Prezidenti Vladimir Putin tanınmış həmyerlimizi yubiley münasibəti ilə səmimi təbrik etmişdir. Təbrik teleqramında deyilir ki, Rusiya kino sənətinin parlaq nailiyyətləri həm də Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır. Onun ssenarisi əsasında çəkilmiş filmlər tamaşaçıların bir çox nəsilləri tərəfindən sevilmiş və mədəniyyət tarixində yaddaqalan hadisəyə çevrilmişdir. Teleqramda o da vurğulanır ki, görkəmli sənətkar öz yubileyini yaradıcılığının çiçəkləndiyi, ən yüksək zirvəyə çatdığı, yeni axtarışlar, düşüncələrlə zəngin olan bir dövründə qarşılayır.
Rusiya Prezidenti tanınmış kino xadiminə ən xoş arzularını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]