RUSİYA VƏ AZƏRBAYCAN FİZİKİ ŞƏXSLƏRİN POÇTLA PUL KÖÇÜRMƏLƏRİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏKLƏR
Hökumət sazişində deyilir ki, tərəflər fiziki şəxslərin qeyri-ticarət xarakterli pul vəsaitinin poçtla köçürmələrini bunun üçün müvəkkil olunmuş poçt müəssisələri vasitəsilə təmin edəcəklər. Həm Rusiyada, həm də Azərbaycanda pul vəsaitinin qəbulu və ödənilməsi onların milli valyutaları ilə həyata keçiriləcəkdir. Bu məqsədlə tərəflər milli valyutaların tam və vaxtında qarşılıqlı dönərliyini təmin edəcəklər. Poçtla hər bir köçürmənin maksimum məbləği ərazisindən belə köçürmənin həyata keçirildiyi dövlətin qanunvericiliyinə müvafiq surətdə təyin olunacaqdır.
Rusiya hökuməti RF İnformasiya Texnologiyaları və Rabitə Nazirliyinə tapşırmışdır ki, XİN-in iştirakı ilə Azərbaycanla danışıqlar aparsın və razılaşma əldə edilərsə, bu sazişi imzalasın.
Sənəd qeyri-müəyyən müddətə bağlanacaqdır. Sənəddə deyilir ki, hökumətlərarası sazişin imzalanması “mehriban qonşuluq ənənələrinə əsaslanır, tərəflər isə poçt rabitəsi sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək istəyini rəhbər tuturlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:21]
Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]