RUSİYA VƏ MDB-NİN ÖLKƏLƏRİ VƏTƏNDAŞLARI İRAQDAN KÖÇÜRÜLƏCƏKLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Rusiya Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi Rusiya və MDB ölkələrinin vətəndaşlarını İraqdan köçürmək üçün yeddi nəqliyyat təyyarəsi göndərməyi planlaşdırır. Bunun üçün təyyarələr aprelin 15-16-da yeddi reys edəcəkdir.
Nazirliyin informasiya idarəsi bildirmişdir ki, İraqda Rusiya müqavilələri ilə işləyən ümumən 816 nəfər gətiriləcəkdir. Onların 553-ü Rusiya, 263-ü isə MDB ölkələrinin vətəndaşıdır. Təyyarələr Bağdad və Əl-Küveyt hava limanlarına göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]