RUSİYADA İLİN ƏVVƏLİNDƏN BƏRİ 2 MİLYONDAN ÇOX CİNAYƏT QEYDƏ ALINMIŞDIR
Statistikaya görə, yanvar-sentyabr aylarında milis əməkdaşları 1 milyon 188 min cinayətin üstünü açmış və onları törətməkdə şübhəli bilinən 922,6 nəfəri yaxalamışlar. Cinayətlərin ümumi sayının təxminən yarısını əmlak oğurluqları təşkil edir. 9 ayda ölkədə 926 min oğurluq, 177,5 min qarət və 39,2 min quldurcasına basqın olmuşdur.
İqtisadi cinayətlərin sayı artmaqdadır. Bu sahədə törədilən 336,4 min cinayət nəticəsində 236,8 milyard rublluq maddi ziyan dəymişdir.
Küçə cinayətkarlığının artması milis orqanlarında xüsusi narahatlıq doğurur. Təkcə bu il ictimai yerlərdə 264,7 min cinayət qeydə alınmışdır ki, bu da ötənilki göstəricilərdən 10 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]