Rusiyada koronavirusla bağlı məhdudiyyətlərin kəskin dövrü geridə qalıb
Moskva, 6 iyun, AZƏRTAC
Moskvada koronavirusla bağlı özünütəcrid rejimi yumşaldılır.
AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtı merinin müavini Vladimir Yefimov məhdudiyyətlərin ən kəskin dövrünün geridə qaldığını bildirib. O qeyd edib ki, şəhərdə məişət xidmətləri sahəsi fəaliyyətini bərpa edib, parklar və velosiped kirayəsi məntəqələri açılıb. Yumşalmanın birinci mərhələsi iyunun 14-dək davam edəcək.
Buna baxmayaraq, Moskva meri Sergey Sobyanin bəzi məhdudiyyətlərin COVID-19 infeksiyasına qarşı peyvənd yaradılanadək davam edəcəyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]