RUSİYADAN AZƏRBAYCANA GÜNDƏ 10 MİLYON KUBMETRDƏN ÇOX QAZ İDXAL EDİLİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, iyulda Rusiyanın “Qazeksport” şirkətindən 311,7 milyon kubmetr qaz alınmışdır. Ümumiyyətlə isə cari ilin yeddi ayında Rusiyadan Azərbaycana 2 milyard 670,3 milyon kubmetr təbii qaz idxal edilmişdir. Avqustda isə sutkada 10,7 milyon kubmetr qazın idxalı nəzərdə tutulur.
Xatırladaq ki, Rusiyanın “Qazeksport” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycan 2006-cı ildə qonşu ölkədən 4,5 milyard kubmetr qaz alacaqdır. Alınan mavi yanacaq elektrik stansiyalarında enerji hasilatı üçün istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]