Rusiyanın “Aeroflot” şirkəti Gəncəyə reyslər açır
Moskva, 10 fevral, AZƏRTAC
Rusiyanın “Aeroflot” şirkəti Gəncəyə reyslər açır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Aeroflot”un mətbuat xidməti məlumat yayıb.
Uçuşlar martın 5-dən həftədə bir dəfə, bazar günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Moskva vaxtı ilə 11:00-da Rusiya paytaxtından yola düşən təyyarə yerli vaxtla saat 15:55-də Gəncəyə enəcək. Elə həmin gün təyyarə 17:15-də Gəncədən Moskvaya qayıdacaq.
“Aeroflot” hazırda Moskva, Sankt-Peterburq və Soçidən Bakıya uçuşlar həyata keçirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]