Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYANIN NÜFUZLU HƏKİMİ TEYMUR QULİYEV PLASTİK CƏRRAHİYYƏ HAQQINDA HƏQİQƏTLƏRİ AÇIQLAYIR

Moskva, 12 may (AZƏRTAC). Həmvətənimiz Teymur Arif oğlu Quliyev Moskvanın plastik cərrahiyyə sahəsində tanınmış nüfuzlu mütəxəssislərindən biridir. 20 ilə yaxın estetik cərrahiyyə sahəsində çalışan həkim bu müddətdə mürəkkəblik dərəcəsi müxtəlif olan 10 mindən çox uğurlu əməliyyat aparmışdır. Tibb elmləri namizədi, Rusiya Tibbi Texnika Akademiyasının müxbir üzvü, Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin üzvü, Milli Estetik Təbabət Cəmiyyətinin üzvüdür. 1990-cı ildə N.A.Semaşko adına Tibb İnstitutunun müalicə fakültəsini, daha sonra Moskva şəhər 40 nömrəli klinik xəstəxana bazasında cərrahiyyə üzrə internaturanı bitirmişdir. Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin torakal onkologiya şöbəsində cərrah işləmiş T.Quliyev görkəmli cərrah Mixail Davıdovun şagirdi olmuşdur. RF Səhiyyə Nazirliyinin Rusiya Tibb Akademiyasında “Kosmetik və rekonstruktiv-bərpa əməliyyatları” ixtisası üzrə diplomdan sonrakı ixtisasartırma kursunu, Moskva Stomatologiya Universitetinin ümumi cərrahiyyə kafedrasında endoskopik cərrahiyyə kursunu bitirmişdir.

Hazırda RF Səhiyyə Nazirliyinin Milli Tibbi Cərrahiyyə Mərkəzində işləyir.

Teymur Quliyev lütfkarlıq göstərərək cərrahiyyənin indi çox dəbdə olan bu istiqamətinin bugünkü və sabahkı vəziyyəti barədə, eləcə də klinika və plastik cərrah seçərkən səhvə yol verməmək üçün nə etmək lazım olması barədə fikirlərini AZƏRTAC-ın oxucuları ilə bölüşmüşdür.

-Necə oldu ki, siz onkoloq-həkim ixtisasını dəyişib plastik cərrah oldunuz?

-İlk növbədə onu demək istərdim ki, karyeramın əvvəlində bəxtim gətirdi, ölkənin ən yaxşı cərrahlarından biri olan Mixail Davıdovdan dərs aldım. O, mənim müəllimimdir və ona çox minnətdaram. Bu gün mən nə bacarıramsa hamısına ondan öyrəndiklərimin sayəsində nail olmuşam. Buna görə onun qarşısında baş əyirəm. Lakin zəruri biliklər və təcrübə qazandıqdan sonra öz xahişimlə onkologiya mərkəzindən getdim. Oradan gedəndən sonra plastik cərrahiyyə, süd vəzisinin rekonstruksiyası, sifətdə və bədəndə əməliyyatlar aparmaqla məşğul olmuşam və bu günə qədər universitetin “Uniklinik” klinikasında bununla məşğulam, həmin klinikanın aparıcı cərrahıyam. Bundan əlavə, İvankovo şosesində yerləşən Müalicə-Reabilitasiya Mərkəzində və Rusiya Dəmir Yolları İdarəsinin klinikasında da əməliyyatlar aparıram. Mənim və həmkarlarımın rəhbər tutduğumuz konsepsiya belədir: “Plastik cərrahiyyə əməliyyatı aparmaqla bərabər reabilitasiya dövründə də pasiyentin yanında olmalı”.

-Bakıda tez-tez olursunuzmu, azərbaycanlı həmkarlarımızla əlaqə saxlayırsınızmı və Azərbaycanda bu istiqamətin inkişaf etdirilməsi barədə planlarınız varmı?

-Əlbəttə, vaxtaşırı Bakıda oluram, həmkarlarıma məsləhətlər verirəm, bəzən əməliyyat aparıram, lakin bunlar hələlik kütləvi xarakter daşımır. Azərbaycanla bağlı planlar var və bu məqsədlə “Mediklab”ın rəhbəri Sabir Adnayevlə görüşmüşəm. “Mediklab” bazasında əməliyyatlar aparılması barədə saziş bağlanmışdır. Demək olar ki, əməkdaşlığa artıq başlamışıq.

-Son vaxtlar plastik cərrahiyyə əməliyyatlarının qurbanları haqqında çox söz-söhbətlər gəzir, həkimi və klinikanı düzgün seçmək məsələsi çox aktualdır...

-Mənim fikrimcə, cərrah axtarmaq üçün ən yaxşı göstərici bu və ya digər həkimin yanında əməliyyat olunmuş insanların tövsiyəsinə əsaslanmaqdır. Mən internetdə, mətbu nəşrlərdə, yəni haqqı ödənilmiş bütün reklamlara etibar etməzdim, orada nə istəsəniz yazmaq olar. İnternet kifayət qədər sərbəst məkandır və istənilən adam orada özü haqqında nə istəsə dərc edə bilər. Bu məkana nəzarət edilmir və mən internet reklamına ümid etməzdim. Əlbəttə, saytlara baxmaq, ilk növbədə cərrahın özü haqqında yazdıqları ilə tanış olmaq lazımdır. Əgər birisi özünün ən yaxşı cərrah olduğunu yazırsa bu, düz olmayacaq, çünki ən yaxşı cərrah yoxdur, həmişə rəqabət var, kimsə, nəyisə daha yaxşı bacarır. Mən belə hesab edirəm ki, həkimin özünü reklam etdiyi saytlara deyil, plastik cərrahiyyə problemlərinin işıqlandırıldığı saytlara etibar etmək olar. Həkim haqqında məlumat almaq üçün bir neçə cümlə kifayətdir - institutu harada bitirmişdir, indi nəçidir və nəyə malikdir. Bunları bilmək tamamilə kifayətdir. Mən sualınızın cavabını belə görürəm.

-Zahiri görkəmin dəyişdirilməsi çox baha başa gəlir. Sizdə orta qiymətlər necədir və hüquqi məsələlər, o cümlədən məsuliyyət məsələsi necə həll edilir?

-Bu sahə həqiqətən təbabətin və cərrahiyyənin heç də ucuz olmayan sahəsidir. Bir şeyi deyə bilərəm ki, biz dünyada ən yaxşı məsrəf materiallarından, dünyada ən yaxşı implantlardan, tikiş materiallarından, alətlərdən istifadə edirik. Mənim əməliyyatlarımın qiymətinə gəldikdə isə bu məbləğ ən yüksək olmasa da, ən aşağı da deyildir. Xidmətlərimiz və qiymətlərimiz barədə daha ətraflı informasiyanı bizim www.kuliev.ru saytından və ya mənim inzibatçımdan ala bilərsiniz. Məsələnin hüquqi tərəfinə gəldikdə isə bizdə pasiyent əməliyyat günü hospitala qəbul edilir, klinika ilə müqavilə rəsmiləşdirilir və tərəflər həmin müqaviləni imzalayırlar. Mən əməliyyatları yalnız reanimasiya bölməsi olan dövlət klinikalarında, oradakı bütün cərrahiyyə bazasından istifadə etməklə aparıram. Sizin hazırda olduğunuz klinikada isə pasiyentlərə məsləhətlər verilir və yerli anesteziya ilə cüzi korreksiyalar aparılır. Bütün hallarda pasiyent əməliyyat barədə məlumatlandırıldıqdan sonra müqavilə və razılıq sənədi imzalayır.

-Siz plastik cərrahiyyənin gələcəyini necə təsəvvür edirsiniz, belə bir fikir yayılmışdır ki, bu əməliyyatlar müəyyən mənada Tanrının işinə qarışmaq deməkdir...

-Sizin də, mənim də etiqad etdiyim dinə görə sünnət mərasimi də plastik əməliyyatdır və islamın ən mühüm şərtlərindən biridir! Sizi inandırıram, bəzən əməliyyat aparılması üçün elə mühüm göstəricilər olur ki, onlar insanların həyatını kökündən dəyişə bilər. Məsələn, təsəvvür edin ki, 18-20 yaşlarında bir qız ailə qurmağa hazırlaşır. İlk baxışda onun heç bir eybi yoxdur, lakin burnunun çox yekə olması ona mane olur, onun özünə inamı itir, komplekslər yaranır. Mənim praktikamda elə qadın pasiyentlər olub ki, onlar saç düzümünü dəyişir, burunlarını birçəkləri ilə örtür, adam arasına az-az çıxmağa çalışırdılar. Bir sözlə, bunlar qeyri-sosial adamlar idi və belə hallarda plastik cərrahiyyə əməliyyatı aparılması tamamilə əsaslıdır. Lakin cərrahın da vəzifəsi pasiyenti düzgün seçməkdir. Cərrahla pasiyent arasında etimada əsaslanan münasibət yaranmalıdır. Əgər birisi mənə müraciət edirsə və mənim fikrimcə əməliyyat aparılması zərurət deyil, sadəcə şıltaqlıqdırsa, mən heç vaxt, heç bir pul müqabilində əməliyyat aparmaram, çünki əgər insan əməliyyatdan əvvəl nə istədiyini başa düşmürsə, əməliyyatdan sonra o gəlib mənə iradlarını bildirəcəkdir. Belə hesab edirəm ki, bu pasiyentlər üzərində əməliyyat aparmaq olmaz, bunun üçün dəqiq səbəblər lazımdır. Bəzən mən əməliyyat aparmaqdan imtina edirəm, vaxtı uzadıram, gözləyirəm ki, pasiyent öz arzusunu dəqiq izah etsin və yalnız bundan sonra əməliyyat aparıram. Sizi inandırıram, əməliyyatdan sonra pasiyentlərin həyatı dəyişir, bu insanların özlərinə inamı artır, onlar özlərini xoşbəxt hiss edirlər. Onların həyatının yaxşılığa doğru necə dəyişməsinə aid çoxlu misallar göstərə bilərəm.

-Bu məsələdə sadəcə əlacsız qalan pasiyentlərə tez-tezmi rast gəlinir?

-Əlbəttə, belələri də olur. Bu, təbabət dilində dismorforfobiya adlandırılır. Məsələn, qadın gəlib deyir ki, onun döşü düzgün formada, yaxud lazımi ölçüdə deyildir, onu dəyişdirin, yoxsa ərim məni atıb gedir. Qadın ərinin ondan ayrılması problemini xasiyyətində deyil, döşündə görür. Pasiyentin şəxsi problemlərini bədəninin müəyyən hissələri ilə əlaqələndirməsi hallarına tez-tez rast gəlinir.

-Bu doğrudanmı narkotik kimidir - bir dəfə sınaqdan keçirdinmi, sonra özünü saxlaya bilmirsən.

-Yox, bu düzgün deyildir. Pasiyentlərin bəzi kateqoriyalarında çox güman ki, bu düşüncə vardır, lakin bütövlükdə belə problem mövcud deyildir.

-Siz Azərbaycanda ustad dərsləri keçirməyi, təcrübənizi bölüşdürməyi, yeni texnologiyalar tətbiq etməyi planlaşdırırsınızmı?

-Mütləq, biz Mediklab bazasında ustad dərsləri keçirməyi, Azərbaycana yeni texnologiyalar gətirməyi və estetik xidmətlərin bütün spektrini təşkil etməyi planlaşdırırıq. Şəxsən məni Azərbaycanda artıq çəki problemi çox maraqlandırır. Zənnimcə bu problemlə heç kim məşğul olmur. Bunun böyük estetik problem olmasına baxmayaraq bizdə kök adamlar olduqca çoxdur. Bu yəqin ki, ənənəvi mətbəximizlə bağlıdır. Azərbaycan cənub ölkəsi olduğuna görə, burada həddindən çox tərləmə problemi mövcuddur, lakin bununla heç kim məşğul olmur.

-Bəs bu plastik yolla müalicə olunurmu?

-Bu problemin həllinin iki yolu vardır. Birincisi - cərrahi yoldur, bu daha radikaldır, yəni əməliyyatın effekti bütün ömür boyu qalır və ikincisi - botoksun tətbiqidir, bu prosedurun effekti altı aydan çox davam etmir. Bir sözlə, bura yeni texnologiyalar gətirilməli və işə başlanmalıdır. Azərbaycanda bunun üçün hər şey və ən əsası gözəl cərrahlar vardır. Kim deyirsə Bakıda yaxşı mütəxəssislər yoxdur, səhv edir. İnanın, Azərbaycanda gözəl həkimlər vardır.

-Həmvətənlərimiz sizə tez-tezmi müraciət edirlər?

-Bəli, həmvətənlərimiz bizə çox müraciət edirlər.

-Siz dediniz ki, keyfiyyətli materiallarla işləyirsiniz, implantların müəyyən müddəti varmı?

-Müasir implantlar ömürlük qoyulur. Döş implantlarına gəldikdə isə, mən yalnız Makqan firması ilə işləyirəm. Yüksək texnologiyalarla hazırlanmış həmin implantlara ömürlük təminat verilir.

-Liposaksiya barədə məlumat verin, çünki bu prosedur çox ağrılıdır və sonra piylər əvvəlki yerinə “qayıdır”…

-Burada hər şey piyin həcmindən asılıdır. Nə qədər çox piy toxumaları götürülürsə, o qədər fəsadlar əmələ gəlməsi riski artır. Axı başa düşmək lazımdır ki, bu əməliyyatdır, arıqlamaq üsulu deyildir, bədən quruluşunun korreksiyası metodikasıdır. Liposaksiyanı yalnız pasiyent arıqladığı hallarda və onda kiçik lokal piy həcmi toplandıqda yerinə yetirmək lazımdır. Bu halda yaxşı nəticə əldə ediləcəkdir. Liposaksiyadan sonra piyin əmələ gəlməsi barədə deyilənlər isə yarı həqiqətdir. Piy toxumalarının götürüldüyü hissədə piy digər yerlərdə olduğundan daha zəif toplanır. Lakin kompensator mexanizmləri də mövcuddur. Məsələn, əgər biz qarından, kürəkdən, buddan, böyürlərdən və qollardan piyi eyni vaxtda götürürüksə, onda piy digər yerdə yığılacaqdır. Bundan əlavə, cərrahiyyə əməliyyatından sonrakı mərhələ ilə əlaqədar böyük problemlə üzləşirsən, pasiyent özünü necə aparacaq, onun qidalanma rejimi seçilməlidir, bütün bunlar nəzərə alınmalıdır. Prinsipcə liposaksiya ən çox fəsadlar törədə bilən ən ciddi əməliyyatlardan biridir. Buna görə də həmin məsələyə ciddi və ağılla yanaşılmalıdır.

Həm də müasir plastik cərrahiyyə kosmetologiya ilə sıx bağlıdır. Mən uzun illərdir Teya Mikaberidze ilə əməkdaşlıq edirəm, biz əməliyyatdan sonrakı bərpa və tikişlərin optimallaşdırılması üzrə yeni üsulları birgə hazırlayırıq və tətbiq edirik. Axı, təkcə əməliyyatı uğurla keçirmək kifayət deyil, əməliyyatdan sonra heç bir iz qalmaması da çox vacibdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub