RUSLAN LUNYOV ATICILIQ ÜZRƏ AVROPA ÇEMPİONATININ FİNALINA VƏSİQƏ QAZANMIŞDIR
Bakı, 21 iyul (AZƏRTAC). Xorvatiyanın Osiyeke şəhərində atıçılıq üzrə Avropa çempionatı davam edir. Çempionat çərçivəsində kiçikçaplı tapançadan atəş açmaq və stend atıcılığı yarışları keçirilir. İyulun 26-da başa çatacaq yarışda 43 ölkədən 1007 idmançı ıştirak edir.
Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova kiçikçaplı tapançadan atəş açmaqda yarışlarında 574 xal nəticə göstərərək, 52 iştirakçı arasında 20-ci yeri tutmuşdur. Aşumovanın finala çıxmağa 6 xalı çatmamışdır.
Azərbaycan atıcısı Ruslan Lunyov gənclər arasında kiçikçaplı tapançadan atəş yarışında 541 xal toplayaraq, 31 iştirakçı arasında 7-ci yeri tutmuş və finala çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]