Saatlı rayonu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılmışdır
Bakı, 5 sentyabr (AZƏRTAC). Saatlı rayonunda ağacların qırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırma aparmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı Bəhrəmtəpə-Sabirabad su kanalının rayonun Bəylik, Mustafabəyli və Qıraqlı kəndləri ərazisindən keçən hissəsinin 4 kilometr sahəsində Saatlı Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən təmizləmə işlərinin aparıldığı, lakin bunun üçün layihə sənədlərinin və dövlət ekoloji ekspertiza rəyinin olmadığı müəyyən edilmişdir.
Məlum olmuşdur ki, kanalın qeyri-qanuni təmizlənməsi nəticəsində 97 ədəd müxtəlif növlü və diametrli ağac, eləcə də kollar məhv edilmişdir.
Buna görə Saatlı Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev inzibati qaydada 582 min manat məbləğində cərimə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]