SAATLIDA 3 MİN 500 TON PAMBIQ TƏDARÜK OLUNMUŞDUR
Saatlı, 8 oktyabr (AZƏRTAC). Respublikanın ən iri pambıq istehsalçısı olan Saatlı rayonunda mövsümün əvvəlindən indiyədək 3 min 500 ton pambıq tədarük olunmuşdur.
Əsas emal müəssisələri olan "Saatlı-Pambıq" Açıq Tipli Səhmdar Cəmiyyəti və "CTS-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyəti havaların əlverişsiz keçdiyi son günlərdə yetişdirilmiş məhsulun sürətlə və itkisiz yığılması üçün əlavə tədbirlər görmüşlər. Sahibkarların köməyinə kifayət qədər yığım və yükdaşıma texnikası göndərilmişdir. Beləliklə də toplanmış məhsulun emal sahələrinə dərhal çatdırılması təmin edilmişdir.
Rayonda sahələrin hər hektarının orta məhsuldarlığının 30 sentneri ötəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]