SAATLIDA TAXIL ƏKİNİNƏ MÜTƏŞƏKKİL HAZIRLIQLA BAŞLANMIŞDIR
Saatlı, 11 oktyabr (AZƏRTAC). Saatlı rayonunun sahibkarları payızlıq taxıl əkininə mütəşəkkil hazırlıqla başlayaraq az müddətdə 500 hektara yaxın sahəyə arpa toxumu səpmişlər.
Rayonda 5 min tondan artıq elit toxum fondu yaradılmış, hələlik 8 min hektar payızlıq şum qaldırılmış, 50-dək səpin aqreqatı nizamlanmışdır. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon flialının texnika parkında olan 30-a yaxın traktor artıq taxılçılara köməyə göndərilmişdir.
Taxıl istehsalçılarına dövlət dəstəyi göstərilməsi fermerlərin bu sahəyə marağını artırmışdır. Cari mövsümdə əvvəlki ildəkindən təxminən 400 hektar çox -26 min hektar sahədə taxıl əkilməsi proqnozlaşdırılır.
Qeyd edək ki, ölkənin Aran iqtisadi zonasının iri taxıl istehsalçılarından sayılan Saatlıda cari ildə rekord səviyyədə- 101 min ton taxıl istehsal olunmuşdur. Bu, rayonun taxıla olan üçillik tələbatının ödənilməsinə imkan verən rəqəmdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]