Sabah gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət isə gecə 80-85, gündüz 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-20, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 17-22 dərəcə isti olacağı proqnozlaşdırılır.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 15-19 dərəcə isti olacağı bildirilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 15-20 dərəcə isti olacağı ehtimal edilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13, gündüz 17-20, dağlarda gecə 11-13, gündüz 16-19 dərəcə isti olacaq.