Sabah hava Bakıda dəyişkən buludlu, rayonlarda isə yağıntılı olacaq
Bakı, 6 may, AZƏRTAC
Azərbaycanda mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 10-14, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-12, bəzi yerlərdə 16 dərəcə isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygölün bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 12-17, bəzi yerlərdə 19 dərəcə isti olacağı bildirilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanın bəzi yerlərində havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 9-14, bəzi yerlərdə 18-20 dərəcə isti olacağı ehtimalı var.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarının bəzi yerlərində havanın fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 17-22 dərəcə isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalanın bəzi yerlərində gün ərzində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22, dağlarda gecə 7-°, gündüz 14-17 dərəcə isti təşkil edəcək.