Sabah hava əsasən yağmursuz keçəcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 80-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı bildirilir.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyinin saniyədə 5-10 metrə çatacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarından bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturunun gecə 8-12, gündüz 19-24 dərəcə isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə arabir çiskinli olacağı ehtimalı var. Arabir duman olacağı, şərq küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturunun gecə 13-15, gündüz 18-22, dağlarda gecə 9-11, gündüz 15-18 dərəcə isti olacağı bildirilir.