Sabah hava əsasən yağmursuz keçəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan ərazisində noyabrın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Hava temperaturunun gecə 10-14, gündüz 17-20 dərəcə isti olacağı proqnozlaşdırılır. Nisbi rütubət 70-80 faiz, atmosfer təzyiqi 766 millimetr civə sütunu təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı bildirilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Arabir duman olacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə isə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacağı, şərq küləyinin əsəcəyi ehtimalı var. Havanın temperaturunun gecə 5-9, gündüz 17-22 dərəcə isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 10-15 dərəcə isti müşahidə ediləcək.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-13, gündüz 17-21, dağlarda gecə 6-9, gündüz 13-17 dərəcə isti olacaq.