Sabah hava əsasən yağmursuz olacaq, temperatur yüksələcək
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycanda martın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə isti, dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacağı ehtimal edilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə isti, dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-2 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır.