Sabah hava əsasən yağmursuz olacaq VİDEO
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət isə 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az çiskinli olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5 dərəcə isti, dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta, gündüz 8-13, bəzi yerlərdə 16-18 dərəcə isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı bildirilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az çiskinli olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.