Sabah hava şəraiti yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə aramsız və güclü olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi şərq rayonlarında isə bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-7, gündüz 10-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı bildirilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava bəzi yerlərdə arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacaq, arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 10-13 dərəcə isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi saniyədə 5-10, arabir 15 metr təşkil edəcək Havanın temperaturu gecə 5-8, gündüz 8-11, dağlarda gecə 2-4, gündüz 4-6 dərəcə isti təşkil edəcək.