CƏMİYYƏT
Sabah ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-7, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək, arabir küləyin sürəti saniyədə 15-17 metrə çatacaq. Havanın temperaturu gecə 13-18, gündüz 20-25, bəzi yerlərdə 28-32° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 20-25°, bəzi yerlərdə 28-32° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 28-33°, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Ağdaş, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava
yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 33-38° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 31-36°, dağlarda gecə 18-21°, gündüz 24-29° isti olacaq.