Sabahdan etibarən Vyetnamda saxta xəbər yayanlar cərimələnəcək
Bakı, 30 iyun, AZƏRTAC
Vyetnamda iyulun 1-dən etibarən sosial mediada saxta, yalan və böhtan xarakterli məlumat yayan istifadəçilərə 20 milyondan 30 milyon Vyetnam donqunadək (794–1190 ABŞ dolları) cərimə tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, yeni qaydalar müəllif hüquqlarını pozan materialların, zorakılığı əks etdirən görüntülərin, qadağan olunmuş məzmunun və ölkənin suverenliyini təhrif edən xəritələrin paylaşılmasına da şamil olunur.
Bundan əlavə, tarixi təhrif edən, milli birliyi pozan, dini və irqi ayrı-seçkiliyi təşviq edən, eləcə də ictimai panikaya səbəb olan yalan məlumatlar yayan şəxslər 30 milyondan 50 milyon Vyetnam donqunadək (1190–1984 ABŞ dolları) cərimələnəcəklər.
Yeni tələblər 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]