Sabahın hava proqnozu açıqlanıb
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 32-36 isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan aşağı - 759 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı proqnozlaşdırılır.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27, gündüz 33-38 isti olacaq.
Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, mülayim şərq küləyinin əsəcəyi ehtimal edilir. Havanın temperaturunun gecə 16-21, gündüz 24-28, bəzi yerlərdə 33 dərəcəyədək isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacağı, mülayim şərq küləyinin əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, bəzi yerlərdə 33 dərəcəyədək isti olacaq.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuzda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38 isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacağı, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, mülayim şərq küləyinin əsəcəyi ehtimal edilir. Havanın temperaturunun gecə 22-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda isə hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, mülayim şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-24, gündüz 31-36, dağlarda gecə 21-23, gündüz 25-30 dərəcə isti olacaq.