SABİRABAD RAYONUNUN TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ EVLƏRİNDƏN KÖÇÜRÜLƏN SAKİNLƏRİ TƏDRİCƏN YURDLARINA QAYIDIRLAR
Sabirabad, 8 iyun (AZƏRTAC). Sabirabad rayonunun təbii fəlakət nəticəsində evlərindən köçürülən sakinləri tədricən ev-eşiklərinə qayıdırlar.
Sel basmış yollar əsaslı və cari təmir olunur, evlərdə və həyətyanı sahələrdə dezinfeksiya işləri aparılır.
Daşqından əziyyət çəkən rayonlarda vəziyyət sabitləşir. Sel nəticəsində ən çox ziyan dəyən Sabirabad rayonunun Mürsəlli kəndində 700-dən çox yaşayış sahəsini su basmışdır. Qısa zamanda görülən tədbirlər nəticəsində bəndlər bağlanılmış, su kənd ərazisindən çəkilməyə başlamışdır. Hazırda kənd sakinlərinin bir qismi evlərinə qayıdır. Rayon mərkəzi xəstəxanasının həkimləri evlərinə dönən sakinlərə baş çəkir, ehtiyacı olanlara tibbi yardım göstərirlər. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təşkil olunan xüsusi briqadalar sakinlər arasında yoluxucu xəstəliklərin yayılmaması məqsədi ilə həyət və evləri dezinfeksiya edirlər. Səhiyyə Nazirliyi dezinfeksiya işlərinin tez bir zamanda başa çatdırılması üçün kəndə Bakı şəhər Dezinfeksiya Stansiyasından 25 nəfərlik xüsusi qrup göndərmişdir.
Bölgədə bəndlərin bərkidilməsi və bərpa işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]