Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Sabirabad, 2 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ramiq Musayevin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Musayevin marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və o, 500 manat məbləğində cərimə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]
Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]