Saeid Mollaei: Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
Bakı, 23 sentyabr, AZƏRTAC
Yarışa çox yaxşı hazırlaşmışdım. Sonuncu qarşılaşmada işlətdiyim fəndi öncədən düşünmüşdüm. Bu gün yaxşı güləşdim. Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm. Fəxr edirəm ki, azərbaycanlıyam. Mənim anam azərbaycanlıdır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 81 kiloqram çəki dərəcəsində qızıl medal qazanan İran cüdoçusu Saeid Mollaei deyib.
Göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü bildirən Saeid Mollaei deyib ki, bundan sonra əsas məqsədi Olimpiya çempionu olmaqdır.
“Bu gün ən böyük arzum reallaşdı. Öz vətənimdə dünya çempionu oldum. Çox sevinirəm. Hər kəsə təşəkkür edirəm”, - deyə Saeid Mollaei bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]