Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Bakı, 24 aprel, AZƏRTAC
IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə aprelin 27-si saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər aprelin 30-u saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:36]
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
- 04.06.2026 [16:25]
MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb
- 04.06.2026 [16:12]
Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar
- 04.06.2026 [15:35]
ADPU müəllimləri Pekində keçirilən təlim-seminarda iştirak ediblər
- 04.06.2026 [14:39]