Şagirdlərimiz beynəlxalq olimpiadalarda 64 medal qazanıblar
Bakı, 21 dekabr, AZƏRTAC
Beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi tərəfindən həyata keçirilir. Seçmə imtahanlarına əsasən respublika fənn olimpiadalarının qalibləri və ya final mərhələdə iştirak edən şagirdlər beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə dəvət edilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 2022-ci ildə milli komandalarımız 17 beynəlxalq olimpiadada iştirak edib. Ümumilikdə beynəlxalq olimpiadalarda birinci yer üzrə 2 medal, ikinci yer üzrə 18 medal, üçüncü yer üzrə 44 medal və 9 həvəsləndirici sertifikat qazanılıb.
İl ərzində beynəlxalq olimpiadalarda ümumilikdə 95 nəfər iştirak edib. Onlardan 64 nəfər qalib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]