Sahibkarlar Daşkənddə keçiriləcək İƏT biznes-foruma dəvət olunurlar
Bakı, 23 oktyabr, AZƏRTAC
Noyabrın 8-də Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Daşkənd şəhərində “Kiçik və orta biznes - İƏT ölkələrində iqtisadi inkişafın və tərəqqinin drayveri” mövzusunda 5-ci İƏT biznes-forumu keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, biznes-forumda Özbəkistan hökuməti və İƏT rəsmilərinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və İranın ticarət və sənaye palatalarının rəhbərlərinin çıxışları nəzərdə tutulub. Bununla yanaşı, biznes-forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.
Forumda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]