SAHİBKARLIĞA QAYĞI İSTEHSALI STİMULLAŞDIRIR
2002-ci ilin aprel-may aylarında respublikamızın prezidenti Heydər Əliyevin yerli və xarici iş adamları ilə görüşlərindən sonra - avqust-sentyabr aylarında imzalanmış fərman və sərəncamlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ölkədə sahibkarlığa dövlət qayğısının ən yüksək səviyyədə təsdiqi olmuş, sahənin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, sahibkarlıq mühitini daha da yaxşılaşdırmışdır. Şuranın katibliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dövlətin sahibkarlığa qayğısı istehsalın artmasına təkan vermişdir. Belə ki, bu ilin 5 ayı ərzində ümumi daxili məhsulda (ÜDM) istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz, sərmayənin həcmi 62 faiz, sənaye istehsalı 7,6 faiz, kənd təsərrüfatı istehsalı 3,1 faiz artmış, ÜDM tərkibində qeyri-dövlət bölməsinin payı 73 faizə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:43]
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb
- 10.06.2026 [12:37]
Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub
- 10.06.2026 [12:35]
Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq
- 10.06.2026 [12:32]
Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb
- 10.06.2026 [12:18]
Azərbaycanda ÜDM-in həcmi açıqlanıb
- 10.06.2026 [12:07]