SAHİBKARLIĞA QAYĞI İSTEHSALI STİMULLAŞDIRIR
Ötən ilin aprel-may aylarında Prezident Heydər Əliyevin yerli və xarici iş adamları ilə görüşləri və bu görüşlərdən sonra imzaladığı fərman və sərəncamlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ölkədə sahibkarlığa dövlət qayğısının ən yüksək səviyyədə təsdiqi olmuş, sahənin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, sahibkarlıq mühitini daha da yaxşılaşdırmışdır. Şuranın katibliyindən müxbirimizə bildirmişlər ki, dövlətin sahibkarlığa qayğısı istehsalın artmasına təkan vermişdir. Belə ki, bu ilin 5 ayı ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz, sərmayə qoyuluşunun həcmi 62 faiz, sənaye istehsalı 7,6 faiz, kənd təsərrüfatı istehsalı 3,1 faiz artmış, ÜDM tərkibində qeyri-dövlət bölməsinin payı 73 faizə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]