SAHİBKARLIQ SUBYEKTLƏRİNDƏ ƏMƏK QANUNVERİCİLİYİNƏ ƏMƏL OLUNMASININ AKTUAL MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbiri ASK-nın baş katibi Əlipaşa Qaybalıyev açaraq iştirakçıları salamlamış, seminarın keçirilməsinin məram və məqsədi haqqında məlumat vermişdir.
ƏƏSMN əmək siyasəti şöbəsi müdirinin müavini Eldar Məmmədov “İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsi işəgötürənlərin ümdə vəzifəsidir” mövzusunda çıxış etmişdir. Natiq Əmək Məcəlləsinə müvafiq olaraq, işçilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsində sahibkarların qarşısında duran vəzifələrdən, idarə və müəssisələrdə hər beş ildən bir Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydaya uyğun attestasiyaların keçirilməsinin vacibliyindən danışmışdır. “Əmək müqaviləsi işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin yaranmasının ilkin şərtidir” mövzusunda çıxış edən Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Qasım Qasımov əmək müqaviləsi, işçinin əmək funksiyaları, iş şəraiti, əmək haqlarının verilməsi, iş və istirahət rejiminin düzgün qurulması, sosial müdafiə məsələlərindən danışmışdır.
Daha sonra “İş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları”, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”, “Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət” mövzularında çıxışlar edilmiş, iştirakçıları maraqlandıran məsələlər barədə müzakirələr aparılmışdır.