ŞAHMAT ÜZRƏ BAKI BİRİNCİLİYİNİN QALİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, Bakı şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 1986-87, 1988-89, 1990-91-ci il təvəllüdlü oğlan və qız şahmatçılar arasında Nəsimi rayon şahmat-dama məktəbində keçirilən paytaxt birinciliyinə yekun vurulmuşdur.
Respublika dərəcəli hakim Tofiq Əliyevin rəhbərliyi ilə hakimlər briqadasının idarə etdiyi üçgünlük yarışlarda Rüfət Əliyev (1986-87), Təbriz İdrisov (1988-89), Erkin Qurbanzadə (1990-91), Nurlanə Mehbalıyeva (1986-87), Xatirə Bayramova (1988-89) birinci yer tutmuşlar. Qaliblərə Baş İdarənin diplom və makafatları təqdim olunmuşdur.