Şahmatçılarımız Daşkənddə keçirilən beynəlxalq turnirin ikinci turunda mübarizə aparıblar
Bakı, 5 may, AZƏRTAC
Bu gün Daşkənddə Aqzamov memorialının ikinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, 15-ci dəfə keçirilən yarışın güclü A turnirində mübarizə aparan Vüqar Əsədli, Şahin Vəliyev ikinci turda qələbə qazanıblar, Vüqar Manafov heç-heçə edib. Şahmatçılarımızdan ən yaxşı nəticə 1,5 xal toplayan Vüqar Manafova məxsusdur. Digər şahmatçılarımız Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Şahin Vəliyev hərəyə bir xal qazanıblar.
On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir. Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan da 16-sı qrosmeysterlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]