Şahmatçımız Gövhər Beydullayeva FIDE Super Final yarışının qalibi olub
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yeniyetmə şahmatçılar arasında rapid üzrə FIDE onlayn Superfinal yarışında uğurla çıxış edərək turnirin qalibi olub.
AZƏRTAC xəbər verir ki, “Youth rapıd super fınal” adlanan turnirdə şahmatçımız 18 yaşadək qızlar arasında 10 turdan səkkiz xal toplayaraq birinci yeri tutub. Bu yaş qrupunda daha bir şahmatçımız Mələk İsmayıl 5,5 xalla üçüncü pillədə qərarlaşıb.
Daha bir şahmatçımız Xəzər Babazadə (16 yaş oğlanlar) isə altı xalla üçüncü yerə sahib olub.
Qeyd edək ki, yarış 10, 12, 14, 16 və 18 yaş qrupunda dairəvi sistem üzrə keçirilib. Hər yaş qrupunda altı şahmatçı mübarizə aparıb. Belə ki, onlardan üçü dünya kubokundan, ikisi Qran-Pri seriyasından, biri isə FIDE klassik reytinqinə görə ən yaxşı oyunçu kimi iştirak edib.
Turnirin ümumi mükafat fondu otuz min avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]