Salyanda 8758 nəfərə koronavirusa qarşı peyvənd vurulub
Salyan, 18 mart, Mahir Babayev, AZƏRTAC
Salyanda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, peyvəndləmə Salyan Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində aparılır.
Vaksinasiyanın ilkin mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər peyvənd edilib. İkinci mərhələdə isə yüksək riskli - tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəliyi olan şəxslər peyvənd olunur.
Bu mərhələdə də peyvəndləmə zamanı Çinin “CoronaVac” peyvəndindən istifadə edilir.
Qeyd edək ki, rayonda bu günə kimi 8758 nəfərə koronavirusa qarşı peyvənd vurulub. Bunlardan 2 min 559 nəfəri 65 yaşdan yuxarı, 5 min 466 nəfəri 50-65 arası, 733 nəfəri isə 50 yaşdan aşağı olan şəxslərdir. Hazırda rayonda vaksinasiya prosesi davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]