REGİONLAR
Salyanda yol qəzası baş verib
Salyan, 7 mart Mahir Babayev, AZƏRTAC
Salyanda yol qəzası baş verib, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral avtomobil yolunun rayonun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Magistralda hərəkətdə olan “VAZ-21015” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şorsulu kənd sakinləri - Tahir Manafov, Asiman Hüseynov və Sarvan kənd sakini Raqil Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Onlardan ikisi Salyan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. A.Hüseynova isə ambulator müalicə göstərilib.
Faktla bağlı araşdırma aparılır.