ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Şirin Hüseynovun “Günəş radioşualanmasının zaman sıralarının modelləşdirilməsinin müasir problemləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi deyib ki, mövzu üzrə aparılan işdə Günəşin müxtəlif radioastronomik qurğularda alınan müşahidə məlumatlarından istifadə olunub. Alınan məlumatlar əsasən Günəş atmosferində baş verən qeyri-stasionarlığı əks etdirdiyindən araşdırma dinamik fraktal tədqiqat üsulunun köməyi ilə aparılıb. Başqa sözlə, Günəşdə yaranan mürəkkəb proseslərin tədqiqində sinergetik yanaşma - dinamik sistemlərin qeyri-xəttiliyi və dissipativliyi nəzərə alınıb. Aşkar edilib ki, fraktal ölçü dərəcəsinin tapılmış qiyməti 1
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.