Şamaxıda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim
Bakı, 22 dekabr, AZƏRTAC
“Media savadlılığı” həftəsi çərçivəsində Şamaxıda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib.
Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi rəhbərinin müavini və media savadlılığı üzrə ekspert Feyza Gizligider regionlarda yaşayan 100-ə yaxın gənc üçün “Media savadlılığı” mövzusunda təlim keçib. Təlim gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiyaya qarşı mübarizədə və rəqəmsal media mühitində məlumat təhlükəsizliyinin təmin edilməsində onların potensialından istifadə olunması məqsədi daşıyıb.
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim edilib.