Şamaxının Muğanlı kəndində torpaq sürüşməsinin aktivləşməsi ciddi fəsadlar törətmişdir
Şamaxı, 23 mart (AZƏRTAC). Şamaxı rayonunun Muğanlı kəndində fövqəladə vəziyyət yaranmışdır. Belə ki, 1982-ci ildən başlanan və son illər daha da aktivləşən torpaq sürüşməsi kənddə bir sıra evlərin, habelə yardımçı binaların uçmasına və ya ciddi zədələnməsinə səbəb olmuşdur.
Novruz bayramı ərəfəsində, martın 18-dən yenidən aktivləşən sürüşmə isə daha çox dağıntılar törədmişdir. Belə ki, 3 ev və bir neçə yardımçı bina uçmuş, daha 11 ev qəzalı vəziyyətə düşmüşdür. Rayon fövqəladə hallar komissiyasından bildirmişlər ki, hazırda həmin ərazidə gündə bir neçə santimetr olmaqla sürüşmə davam edir. Sakinlərin qəzalı vəziyyətdə olan evlərdən təcili sürətdə çıxmaları ilə əlaqədar lazımi tədbirlər görülür.
Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kompleks hidrogeologiya və mühəndis geologiya ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev AZƏRTAC-a bildirmişdir ki, yağan güclü qarın son bir neçə gündə geçən istilər nəticəsində sürətlə əriməsi torpaq sürüşməsinin dinamikasının artmasına səbəb olmuşdur. Hazırda Muğanlı kəndində, habelə, Ağsu dolaylarında sürüşmə halları artmışdır. Hazırda vəziyyət hərtərəfli araşdırılır.
Qeyd edək ki, evləri uçan və ya uçmaq təhlükəsi ilə üzləşən sakinlər üçün yeni fərdi evlərin tikilməsi məqsədilə tədbirlərə də başlanılmışdır. Belə ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Muğanlı kəndinin təhlükəsiz ərazisində 14 fərdi ev inşa olunacaqdır. Artıq bunun üçün layihə-smeta sənədləri də hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]