Sambo üzrə Azərbaycan birinciliyinin ikinci günündə gənc idmançılar mübarizəyə başlayıblar
Bakı, 14 fevral, AZƏRTAC
Bakı İdman Sarayında keçirilən sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, fevralın 14-də - yarışların ikinci günündə gənc samboçular Azərbaycan birinciliyində medalları uğrunda mübarizəyə başlayıblar. Fevralın 15-də isə kişilər ölkə çempionatında güclərini sınayacaqlar.
Qeyd edək ki, yarışların birinci günündə yeniyetmə samboçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır.