Sanksiyalara baxmayaraq İran Venesuelaya 1,5 milyon barreldən çox yanacaq göndərib
Tehran, 4 iyun, AZƏRTAC
Venesuela Prezidenti Nikolas Maduro yaxın günlərdə İrana rəsmi səfər edəcək.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində iki dövlət arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.
Qeyd edək ki, ABŞ-ın sanksiyalarına məruz qalan Venesuela neft ölkəsi olmasına baxmayaraq, ciddi yanacaq çatışmazlığı ilə qarşılaşıb. ABŞ-ın etirazları fonunda İran Venesuelaya 5 tankerlə 1,53 milyon barrel yanacaq göndərib. Venesuela Prezidenti İrana xüsusi minnətdarlıq edərək Tehrana rəsmi səfərə gələcəyini deyib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]