“Şaxtyor”un baş məşqçisi: Biz yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə apardıq
Bakı, 26 yanvar, AZƏRTAC
Yaxşı oyun keçirdik, xüsusilə ilk hissədə. Düşünürəm ki, futbolçular verdiyim tapşırıqların öhdəsindən gəldilər. Biz yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə apardıq.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri “Şaxtyor Donetsk” klubunun baş məşqçisi Paulu Fonseka “Qarabağ” komandası ilə keçirilən yoldaşlıq görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, rəqibin “Vorskla” və “Sportinq”lə oyunlarını izləmişəm. Bilirdim ki, oyun çətin keçəcək çünki “Qarabağ” güclü komandadır. Hər il demək olar ki, avropakuboklarda iştirak edir. Təəssüf ki, bu gün hava şəraiti olduqca pis idi, amma yenə də qarşılaşmadan razıyam.
Qeyd edək ki, “Şaxtyor” klubu ilə yoxlama oyununda “Qarabağ” 1:3 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]