SEÇİCİLƏR İSTƏDİKLƏRİ NAMİZƏDƏ SƏS VERMİŞLƏR
“Azadlıq” blokunun nümayəndəsi Valeh Qarayev: “Saat beşdir, hələlik vəziyyət yaxşıdır. Bəzi xırda qanun pozuntularını müşahidəçilər qeyd ediblər. Protokolda bunların hamısı qeyd olunubdur. Amma elə bir ciddi pozuntu deyil. Bu vaxtadək seçki prosesi məni qane edir, hər şey normaldır”.
AXCP-dən Rəsul Xasiyev: “Bu seçkiləri əvvəlkilərə nisbətən normal hesab edirəm. Cüzi hallar istisna olmaqla, seçkilər normal keçir, yəni yaxşıdır. Yəni elə bir kobud hadisə qeydə alınmamışdır. Seçicilər sərbəst istədiyi namizədə səs verirlər. Heç kimə təzyiq yoxdur. Mən belə hal görməmişəm, müşahidə etməmişəm”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Muxtar Həsənzadə: “Bizim seçki məntəqəsində seçicilərə heç bir təsir olmayıb. Seçkilər məni tam qane edir”.
YAP-dan müstəqil müşahidəçi Malik Rzayev: “Hər şey qaydasındadır. Xırda problemlər olub. Seçicilərə heç bir təsir olmamışdır”.
“Azadlıq” blokundan Yusif Məcidov: “Heç bir qayda pozuntusuna rast gəlməmişəm. Səsvermə normal gedir, bizi qane edir. Hansısa saxtakarlığa rast gəlinməyib. Seçicilər əvvəlki illərə nisbətən çox fəaldır”.
ADP-dən Qabil Seyidov: “Hələki heç bir qanun pozuntusu yoxdur. Hər şey normal gedir, fəallıq yüksəkdir. Seçki komissiyasının rəhbərliyi və üzvləri vətəndaşlarla normal rəftar edir, öz köməkliyini göstərirlər. Hər şey öz qaydasındadır, heç bir qanun pozuntusu yoxdur. Azad seçki gedir və bu, bizi qane edir”.
YAP-dan Arif Məmmədov: “Heç bir qanun pozuntusuna yol verilməyib. Əksinə, yoldaşlarla müşahidə edirik, insanlar gəlib səs verirlər. Normal şərait yaradılıbdır. Heç bir nizam-intizam pozuntusu yoxdur”.
Məntəqədə bitərəf namizədlərin təmsilçiləri Yetər Abayeva, Murad Yusubov, Fazil Məhərrəmov, İnqilab Babayev, Mətləb Rəhimli və digərləri də seçkilərin normal keçdiyini söyləmişlər.