Seçki bülletenlərinin DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb
Bakı, 6 fevral, AZƏRTAC
Milli Məclisə seçkilərlə bağlı bülletenlərin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.
AZƏRTAC Secki-2020.az saytına istinadla xəbər verir ki, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, DSK-lar səsvermə gününə azı üç gün qalanadək seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir.
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu müddət fevralın 6-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasından seçki bülletenlərinin DSK-lara verilməsi prosesi fevralın 3-də başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]