SƏDDAM HÜSEYN MƏHKƏMƏ İCLASINDA ŞEİR YAZMIŞDIR
Şeiri məhkəmənin ilk gününün təfərrüatı ilə birlikdə dərc edən qəzetin yazdığına görə, sabiq diktator təslim olmaq niyyətində deyildir. Belə ki, bu sətirlər İraq xalqını mübariz olmağa və silahı yerə qoymamağa çağırır. Bu, Səddamın məhbəsdə yazdığı ilk şeir deyildir. Onun vəkili Xəlil əd-Düleymi hələ 2004-cü ildə Səudiyyənin “Əl Vətən” qəzetinin əməkdaşlarına Səddam Hüseynin başqa şeirini təqdim etmişdi. Sabiq prezident bu şeirində də ölkəsinin ABŞ-Britaniya ordusu ilə mübarizədə məğlubiyyətini böyük ürək ağrısı ilə qəbul edir və xalqı mətin olmağa səsləyirdi.
Səddam Hüseyn hələ 2003-cü ildə hakimiyyətdən devrilənədək bir neçə bədii əsər yazmışdır. Yaxınlarının dediklərinə görə, hakimiyyətinin son aylarında Səddam Hüseyni ölkəsinin təhlükəsizliyindən daha yenicə başa çatdırdığı “Məlun, onu tərk elə” povesti çox narahat edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]